“Azəriqaz” ölkə əhalisinin cibinə girir – “Biz xalq olaraq hansınızın villasının pulunu ödəyirik?” – FOTObackend

"Azəriqaz" ölkə əhalisinin cibinə girir - "Biz xalq olaraq hansınızın villasının pulunu ödəyirik?" - FOTO

“10 il kirayələrdə onun-bunun cibini doldurandan sonra axır ki, 2 ay öncə ev aldıq. Elə bilirdim daha başqasının cibini doldurmağımız bitəcək. Elə deyilmiş, “Azəriqaz” İB-in, görünür, ömür boyu cibini doldurmaq məcburiyyətindəyik”.

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Nurlan Cəfəri özünün feysbuk hesabında yazıb:

“Cəmi bir neçə gün limitlə qaz işlətdik, 10 gün tamam olmamış limiti keçdiyimizi göstərdi sayğac və komediya o gündən etibarən başladı. Ödədiyimiz pulun yarısı qədər qaz verir bizə öz adını öz ana dilində, ana dili şrifti ilə yaza bilməyən şirkət!

“Azəriqaz” bütün ölkə əhalisinin cibinə girirmiş, amma fərqli faizlərlə. Biri yazır, “50 manata 45 manatlıq qaz oturur”, biri yazır, “50 manata 20 manatlıq qaz oturur” və s. Mən burdan “Azəriqaz” rəhbərliyinə üzümü tutaraq, soruşmaq istəyirəm: biz xalq olaraq hansınızın villasının pulunu ödəyirik? Hansınızın cibini doldururuq? Ailəmizin hər ödədiyi 50 manatın 25 manatı karta oturanda yerdə qalan 25 manat kimin cibinə gedir? Kimin milyonlar qazanması üçün biz işləyib əlimizdən gələni edirik, hansısa rəhbərliyin pulunun toplanması üçün? Dövlət nə vaxt bir əncam çəkəcək buna? Gərək elə “qaramaskalılar” həll eləsin bunu da? Bəlkə artıq cibimizə girməyi dayandırasınız?”.

KONKRET.az

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*