“Azərişıq”dan vətəndaşlara: Dəfələrlə xəbərdarlıq edilib…backend

"Azərişıq"dan vətəndaşlara: Dəfələrlə xəbərdarlıq edilib...

Hər zaman abonentləri dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd qoyan “Azərişıq” ASC həmçinin təhlükəsizlik məsələsini də ön planda tutur. Bununla belə bəzi məsuliyyətsiz insanlar var ki, özünün və başqalarının həyatını düşünmədən ətraf üçün təhlükə saçan addımlar atır.

KONKRET.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verliş Xəttinin mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur. Obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib.

“Bildiririk ki, belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Və təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gəlkəcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib.

Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşınalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ev və ya hər hansı bir obyekt tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar”, – deyə o, qeyd edib.

  • Xəzər rayonu
    İyul 28, 2020 - 09:27

    Azərişìq abonentlərə sayqacin göstərişindən əlavə borc yazır. Ñə vaxt öz hərəkətlərinizdən yazacaqsınız6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*