Azərpaşa Nemətovun yerinə bu şəxs təyin edildibackend

Azərpaşa Nemətovun yerinə bu şəxs təyin edildi

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

KONKRET.az xəbər verir ki, teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.//APA

  • Namiq
    May 1, 2023 - 22:33

    Mən o teatra Xalq Artisti Nurəddin Mehdixanlını Direktor rəhbər vəzifəsində görürəm.Çoxxx təəssüfki bu qanunla tənzimlənmir.Çox heyif

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*