Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaradıldı – RƏSMİbackend

Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaradıldı - RƏSMİ

“Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaratmışıq. Artıq ekspedisiyanın tərkibi də hazırdır. Beynəlxalq ekspertlərlə də danışıqlar aparılıb”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, müvafiq tapşırıq veriləndən 15 gün sonra Azıx mağarasında tədqiqatların aparılması düşünülür:

“Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq”.

Baş direktor onu da bildirib ki, Tağlar mağarasında da tədqiqatlar aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*