“Azpulmat”dan vətəndaşlara edilən zəngin səbəbi nədir? – “70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir”backend

Azpulmatdan vətəndaşlara edilən zəngin səbəbi nədir? - “70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir”

Son günlər “Azpulmat” vasitəsilə kredit götürən vətəndaşlar arasında narazılıq artıb. Vətəndaşların sözlərinə görə, “Azpulmat”dan təkcə şəxsiyyət vəsiqəsi ilə 30, 50, 80 AZN məbləğində faizlə kredit götürə bilirlər. Belə ki, onlar Android telefondan mobil tətbiq yükləyərək, mobil nömrə ilə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsindəki məlumatları oxutmaq üçün smartfonun kamerasından MRZ Skan edirlər. Sonra yeni açılan səhifədə vətəndaşın istədiyi borcun məbləği və müddəti göstərilir. Bütün bu proseslər normal görünsə də, əsas problem borcun geri ödənilməsi zamanı yaşanır. Vətəndaşlar iddia edirlər ki, ödəmədə gecikmə olan zaman “Azpulmat” nümayəndələri onların digər mobil nömrələrini tapır, hər gün ailələrini narahat edir, borc gecikdiyi üçün onları məhkəməyə verməklə təhdid edirlər. Belə olan halda vətəndaşlar nə etməlidir?

KONKRET.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, hər kəs kredit verə bilər.

Ekspert bildirib ki, kredit verən lombardlar da var: “Onlar da faizlə kredit verir. Təbii ki, “Azpulmat” bank olmadığı üçün “bank sirri” deyilən bir şey də yoxdur. Kredit borcunu geri qaytarmayanda “məhkəməyə verəcəyik” demək təhdid deyil. Məhkəməyə vermək onun haqqıdır, verdiyi pulu geri istəyir. Vətəndaşa qanunsuz başqa nəsə deyilirsə, əlbəttə, bu, təhdid hesab edilə bilər, yolverilməzdir. Vətəndaşı bezdirirsə, vətəndaş polisə, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Məhkəməyə verirsənsə, ver, hər dəfə niyə zəng edirsən? Əslində niyə hər dəfə zəng etdiklərini bilirəm. Çünki 70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir axı. Məhkəmənin xərci bu puldan bir neçə dəfə çoxdur. Ona görə tək yolları budur ki, zəng edib camaatı bezdirsinlər. Sadəcə, vətəndaş niyə zəngə cavab verir? Ya zəngi açma, ya da aç, qulaq asma, qoy onun konturu getsin. Yəni bir neçə dəfə belə edəndən sonra daha zəng etməyəcəklər”.

  • Rehman
    Fevral 21, 2023 - 21:56
    • Elxan
      Noyabr 28, 2023 - 19:27
    • Aqşin
      Yanvar 3, 2024 - 12:29

      Salam.men kiredit cekmekiwem Menim adımda 600 manat kredit var bu nece olan bir weydi bir zahmet baxin kimin wekiline goturulub bu kiredet

    • Fidayil
      Fevral 2, 2024 - 21:51

      Salam pul ödənməsi ölkəni çıxmaq icazə verirlər mi menim dosdum alıbdi odemeyibdi 500 manaf USD usde yiqilibdi qomruk saxlamazki

    • Elya
      Mart 10, 2024 - 12:51

      İd skan et yazılıb kart məlumatında o nə deməkdir?

  • Elmar
    Aprel 23, 2023 - 18:45

    Pul almışam hesabıma oturmur

    • Farid
      İyun 2, 2023 - 15:59

      Axırı noldu

  • Maksum
    Aprel 26, 2023 - 08:26

    Maksum

  • Lendros
    May 8, 2023 - 09:47

    Mence puku goturursense geri qaytarmaq lazimdi da

  • Novruz
    May 12, 2023 - 20:33

    Duzgun istifade zamani cetin anlarda insanin elinden tutur . İndiki zemanede hec qardaş qardaşa borc pul vermir . Bezi deleduzlar varki goturub odemir faiz yigilir sonda mehkemelik olurlar

    • Elnur
      Avqust 28, 2023 - 12:27

      Ay qaqa sen niye bu qeder aqillisan bele sen abwakovu daniwirsan

  • İlqar
    May 19, 2023 - 04:04

    Faizi çoxdur. O azalsa yaxşı olar.

  • LAZIM DEYİL
    İyun 2, 2023 - 17:53

    Günlük 2.45 azn faiz olar buların başına daş düşsün sora deyirsiz götürüb niyə ödəmirsiz ağır xəstəlikdən əziyyət çəkdim ödəyə bilmədim xəstəxanada olduğum üçün 14 gün gecikməyə görə və indidə acığa ödəmirəm çünki bu qədər şərəfsizlik olmaz günə bu qədər faiz heç lombardda yoxdu canı çıxsın silsin faizi ödüyüm borcumu və 21 günün pulunu

    • Musa
      Oktyabr 20, 2023 - 19:47

      Məhkəməyə verdilər?

  • Cemile
    İyun 3, 2023 - 19:56

    Pul hesaba oturmadi kartda bloklandi.geri qaytarmaq isdeyirem.hemdeki pul hara gedib bilmirem

    • Kamran
      İyun 9, 2023 - 19:58

      Xanım yolunu deyim necə odeyeceyinizi azpulmata yığın pulu qaytarsınlar isdirsiz menle əlaqə saxlayın komeklik edim

    • Feko
      İyun 14, 2023 - 03:26

      Bəlkə kartı yanlış yazmısan

    • Aslan
      İyun 15, 2023 - 12:51

      Xanım mənimdə başıma o oyunu açıblar. Pulu hara vurublar bilmirəm. İndidə zəng edirlərki, 33 gün gecikmə var 307 manat olub.

    • Ahmad
      Dekabr 28, 2023 - 14:38

      Senin işin lap cetindiki . Biz yene goturub başına das salmisiq

  • Eldar
    İyun 19, 2023 - 19:46

    Pul karta oturmadı ama proqramda kredit göstərir nə etməliyəm?

  • Melek
    İyun 20, 2023 - 19:02

    Men defelerle goturmuwem cox elveriwlidi hec bir wikayetim yoxdu sadece dunenden praqrami yukleye bilmirem texniki prablemi tez aradan qadirmaq lazimdi tek naraziligim budur

    • Yusif
      Sentyabr 2, 2023 - 20:46

      Bes birinci mebleqi qaytarandan sonram ikinci neqeder verir onu oyrenmek istiyerdim?

    • Qenire
      Sentyabr 11, 2023 - 08:01

      Salam mende dunen ne qeder eledim goturemmedim zeng etdim 10defe proqrami sildiribler.yazirki ugurla is gotuldu ama ortada hrcnr yoxdu siz nece pul goture bilsiniz mrnede basa salin xais edirem

    • Musa
      Yanvar 3, 2024 - 19:00

      Qaqas salam pulu goturende asagida promo kod yeri var ora ne yazirsan birde 50 manat 21 gune goturulse tam odenisi edirsen vessalam?

  • *
    İyul 4, 2023 - 14:04

    *NECE ETMEK OLARKI SEXSE UMIYETLE BIRDE VERILMESIN BU PROQRAM PUL MENIM QARDASIMA GUCLE ODUYURUk gizlin yene goturur faiz yigilir ust uste

    • A
      Oktyabr 4, 2023 - 19:58

      Cox tessufki oz kefleri ucun gecikmesi olana yeniden verir krediti.cox zibil mundardi azpul mat.o qeder faiz yukleyirki.hec kimdende qorxulari yoxdu.menim kreditim olmaya olmaya mene zeng edib deyirki kreditini ode.hec omrumde oradan pul goturmemisem.

  • Ləman
    İyul 4, 2023 - 14:47

    Azpulmatdan kimsə mənim adıma pul götürüb bunu necə öyrənə bilərəm?

    • Ramid
      Yanvar 18, 2024 - 16:42

      Azpulmatdan sizin adınıza heçkim pul götürə bilməz sizdən xəbərsiz,bu mümkünsüzdü.çünki sizin iştirakınız ilə video çəkilir,siz olmadan sizin adınıza necə götürülə bilər?

    • Leman
      Fevral 12, 2024 - 09:18

      Xanim sizin nomrenizle goturlub sadece azpulmata girirsiz hemen nomren yazrsz borc gosderir sizde bele amma sizin adniza sizin xeberniz olmadan goturmey olmaz vesiven sekil atrsiz uzunuzu skan edr bele seyler var ona gore oznuzun cazenzle ola biler yalnz

    • Xezer
      Oktyabr 11, 2024 - 12:14

      Menimde bawma gelub belə bir wey indi mesaj gəlib ki ödənişin var ama kim götürüb ne götürüb bilmirem.

  • Ceyhun
    İyul 6, 2023 - 19:20

    Çox masennikdiler bu boyda faiz olar axı hamımız birləşib bu azpulmatdan şikayət yazmalıyıq yoxsa belə hallar lapda artacag biyabrciligidi vallah nə deyim insanları bank əvəzi soyurlar

    • Roman
      Avqust 16, 2023 - 08:41

      Mən sənlə razı çox əla olar bəlkə bağlanar

    • Emin
      Oktyabr 3, 2023 - 15:36

      Duz deyirsiz hedden artiq faizle verirler geciksede yigir neyi var. Umimiyetle indi sistem elediki kasib batdigca batirir bu kreditler

  • İsmayıl
    İyul 14, 2023 - 22:00

    Bularin basina das dusun faiz cox eleyirler lambard hec elemir ya banklar hec ele elemir mende aciga odemirem menim faizimi silsinler bir hissesini mende odeyim

  • Elcan
    Avqust 7, 2023 - 12:31

    Gecikmə hansı həddə çatdıqda(neçə manat olduqda) məhkəməyə verirlər?

  • Şamil
    Avqust 10, 2023 - 11:45

    O boyda faiz tutulanda camahatida belə edirda heç olmasa az eləsinlər o faizi

    • Nemət
      Sentyabr 14, 2023 - 21:53

      Qardaş mən 1 ay bundan əvvəl 350 manat götürdüm hər günə 7 manat 90 qəpiy faiz gəlirdi indi 735 manat olub bütün kontakdımda nömrələrə girib telefonumun beynine kiber hücum edib nömrələri götürüb hər kəsə mən haqqımda borcun versin deye zeng edirlər bunlar çox şərəfsiz adamdırlar Allah bunlara lənət eləsin qan içənlər baş kəsəndirlər heç kim bunlara aldanmasın

  • Üzeyir
    Avqust 11, 2023 - 11:48

    80 Azn ödədikdən sonra, növbəti kredit nə qədər verilir?

  • Yusif
    Sentyabr 2, 2023 - 20:48

    Maraqlidi ikinci defe ne qeder verilir.

  • Emil
    Sentyabr 10, 2023 - 06:49

    Menim 27 manat borcum qalib ne ola biler onu odeyecem sonra ene qoture bilecem mi

  • Pərviz
    Sentyabr 18, 2023 - 11:03

    Salam mənim atamın nömrəsinə zəng həlib sizin kredit şirkətinnən amma atam kredit götürmüyüb heç bir yerdən 70 yaşlı var bununla 3 dəfə zəng olunub səbəbini bilmək istəyirdik

    • Asiya
      Noyabr 21, 2023 - 14:19

      Salam. məndə burdan pul götürməmişəm. zəng gəldi getkontaktdan baxdım Azpulmat gəldi. Mənə elə gəlirki kiminsə borcuna görə yığırlar.

  • Tehmiraz
    Oktyabr 5, 2023 - 18:24

    Cox serefsiz bir teskilatdi men uje olardan sikayet etmisem kantaktlara girib kime geldi yigirlar

  • Fədail Quliyev
    Oktyabr 11, 2023 - 22:09

    Salamlar hər kəsə, ümumiyyətlə çox gözəl lahiyyədir, və insanun dar günündə heçkimə minnətli ol adan pul əldə edə biləcəyi bir vasitədir, amma ki razıyam sizinlə ki, faizləri çoxdur, yaqşn ki nəzərə alarlar faizlərdə dəyişiklik edərlər yaxın günlərdə. Amma mən vaxtında götürüb və vaxtında qaytardığım üçün heçbir problem yaşamamışam Azpulmatla. Almağı bacarırsınızsa Qaytarmağıda Bacarın.

  • Serxan Heydarov
    Oktyabr 12, 2023 - 21:42

    Azpulmat proqraminda Kontakta icaze veren kimi telefondan bütün nomreleri götürüb. Geciken kimi zeng edirler butun nomrelere.Mehkemeye vermişem buna göre. Icaze verdiyim nomreleri yox butun nomreleri ogurlayirlar. Belkede Bank melumatlarimi da goturubler bilmirem

    • Arzu
      Dekabr 2, 2023 - 23:41

      Menide bezdirler kantaktmnan nomreleri ogrluyub zeng edler haqqlari catmir zeng edb nsrhat etsiner

  • Elçin
    Oktyabr 14, 2023 - 12:45

    Salam Aleykum mən 370 manat pul götürmüşəm azpuldan ödəyə bilmirəm 24.gün gecikməm var indi 602.87 olub vapşe ödəyə bilmirəm nə boyda faiz qoyublar imkanım yoxdur ödəməyə necə edə bilərəm?

    • Bəhruz
      Noyabr 30, 2023 - 13:22

      80 azn-dən artıq vermilər necə 350 almısan?

  • Resul
    Oktyabr 17, 2023 - 21:21

    Salam. Menim azpulmata gecikmem duwub bu gecikme menim mkr-e tesir gosterir?

  • Baba
    Oktyabr 24, 2023 - 01:45

    Men azpulmatdan 380 manat pul goturmusem 39 gune olub 719 manat day hamiyada yiqirlar deyirem komeklik edin hecnede elemeirler bu nece sirketdi hec selemciler bu qeder faiznen pul.vermirler ozbasinaliqdiye kankret

    • Cavid
      Noyabr 29, 2023 - 14:08

      Bunun adı AzPul Mat yox Qanİçən mat dı.Milləti nə günə qoyurlar,Sələmçidən Faiz görürsən belə olmure 80 manat pula qarşı 20 günə 40manat üstünə faiz gəlir Bunlar neynəmək istəyirlər?

  • Rehman
    Oktyabr 25, 2023 - 21:28

    Qewey proqramdı çetin anlarda komey olur sadece faiz çoxdur

  • Taleh
    Noyabr 16, 2023 - 09:24

    Zeng edmekle cox bezdiriler

  • Turan
    Noyabr 20, 2023 - 23:01

    80 manat goturmusem giren faiz ne qer gelir

  • Ramin
    Noyabr 27, 2023 - 15:07

    Salam 100 manata 21 günə 132 manat olub. Bu pulu ödəməsəm məhkəməyə verirlər?

  • Cavid
    Noyabr 29, 2023 - 14:10

    Allah onların evini yıxsın Heç sələmçilər bu qədər faizlə işləmirlər,Bu quldurluqdu, 80 manat pul 20 günə olub 120 manat Ay Allahsızlar bu qədər Qan İçən olmaq olar?Heyif bu millətin çörəyi suyu haram olsun sizə

  • Coşqun
    Dekabr 1, 2023 - 14:06

    Mən 70 manat götürdüm kartıma oturmadı niye

  • Arzu
    Dekabr 3, 2023 - 14:24

    Salam.mecburam polise verem soz dedikcde tersne edler kantakdan hamnin nomresni gotrub

  • Səadət
    Dekabr 6, 2023 - 01:19

    Internetdə səhifələr varki azpulmat borcunu sil 20 manat 30 manat muqabilinde azpulmat borcu silirem deyirler bu dogrudurmu.kimse edibmi.men 190 azn goturmusem olub 399 azn butun nesilde adam qalmiyib yigiblar hec kontaktimda olmayan nomrelerede yigiblar bular nece qansizdilar.

  • Leyla
    Dekabr 6, 2023 - 13:03

    Salam siz deyirsiniz e açmayin zəngi olmur axı elə hamımız iş adamıyıq işdən yığan olur hələ 7gun var ödəməyə zəng edib ki ödənişi edin 😂😂dedim ödəmyəcəm hara gedirsən get 😂😂😂200m 😂😂

  • Nikosh
    Dekabr 12, 2023 - 15:38

    Men 100 goturmisem artiq 200 olub ama faiz dayanmir ,bularin şerefi qeyreti yoxdur mende aciqa odemeyecem ne qeder yigirlar yigsinlar

  • Mais
    Dekabr 16, 2023 - 22:17

    Salam

  • Mais
    Dekabr 16, 2023 - 22:18

    odemeyin sikayet edin devletumize

  • Timur
    Dekabr 18, 2023 - 19:39

    Aladıblar

  • Aqşin
    Yanvar 3, 2024 - 12:33

    Salam. Zahmet olmasa mesajıma baxin menim adıma 500 manat kiretit goturulub ama Men goturmemiwem indide baxiram 600 manat olub zahmet olmasa baxin hansı nomreye goturulub pul hansi nomreye kod gedib ve hansı hesaba yatirilib 500 manat

  • Nihat
    Yanvar 12, 2024 - 22:28

    Gecikme olsa ne olur

  • azpulboş şey
    Yanvar 30, 2024 - 17:45

    Salam,azpalmat deyirki, Məhkəməyə verəcəm amma məhkəmənin xərcini borc alan çəkir,Belə bir qanun varmı ya yox?

  • Tural
    Yanvar 31, 2024 - 21:12

    Fayiz çoxdu azalsın😡

  • Vilayət
    Fevral 8, 2024 - 16:31

    Var yoxuna nəhlət axırıncı dəfə 500 manat götürüm 90 günə yaxındı ödemirem indi 1050 manat olub ama faiz artmır. Keçen dəfə mənə yığıb deyillər ki filan şöbədən sənə zəng eləmişik. Mendə yola verim ki hə hə ödəyəcəm. Ama ödəmiyəcem o qədər faiz gələr heç üsdünə. Birdeki kontaktdan icazə verdiyim adamlardan başqa hamıya zəng ediblər. Şəxsi məlumatlarlari oğurlamaq sayılır bu

  • Kəsirə
    Fevral 9, 2024 - 23:51

    Allah buların belasın versin başqa heçnə..Utançazlar pox yeyib 420 man götürmüşəm 10 günə 466 man edir 3 gün gecikib 487 olub gune 7 man Allah bəlazı versin başqa heçnə ..Mən bilməmişəm belədi..Pula ehtiyacımız var diyə görürük bular tay daa adamı öldürürlər Şərərfzilər..Cənab prezident Təzə prezident seçildin səndən Xaiş edirəm bu mesajı gör sal bu Azpulmat başına daşı xaiş edirəm belə faiz olmur…Bir qələtdi xeyrimə görməmişəm xəstəlikdən əziyyət çəkən var ona etmişəm indidə faizinə baxıram Utançazlar bel sındırır..Xaiş edirəm bağlıyıq buların şebekesini

  • Arif
    Mart 6, 2024 - 13:08

    Mən azpulmanatdan pul götürdüm.Ondan sonra başına iş geldi xestelendim pisxaloji xəstəxanada müalicə alıram pulu qaytarmaqa imkanim olmadi götürdüyüm pulun üstə fayiz gəlir zeng edib deyremki götürdüyüm pulun üste fayiz gelmesin götürdüyüm pulu ödeyerem xahiş edirəm komeklik edin

  • Xeyyam
    Mart 10, 2024 - 02:46

    Salam mən birinci 70 manat veriblər bəs ikinci dəfəyə nə qədər verer

  • Xeyrulla
    Mart 12, 2024 - 11:57

    210goturmsem 9gun geckmeye 312manat olb bele serefsizdg olmaz adam kim fayiz qoyun bele fayiz olmr 😡

  • Heyder
    Mart 13, 2024 - 09:40

    Salam mən azpulmatday kredit götürmüşəm ve yanvar ayının 2-si 920manat kredit almışam ma mene yeniden zemg edirlər ki siz krediti ödememisiniz.bu olan iş deyil axı

  • Ekber
    Mart 28, 2024 - 21:23

    Borcum olduqunu bilmirdim tezeliyle icra wobesinen zeg ediler mehkeme cagrdilar

  • Gülü
    Aprel 3, 2024 - 13:59

    Salam məndə goturem indidə adımda var gecikmə birdəne cixardalar ki fayizi silmək olur super olar yana yana qalalar

  • Anar
    Aprel 24, 2024 - 20:13

    Salam her kese. Valla uwaglar mən her dəfə götürüb qaytarmisam. Axırıncı dan bir öncə bir ay gecikirdim ama ödedim yenə. Heç olmasa darda olanda əl tuturlar. Alanda yaxşı olur verəndə pis))?

  • Gülnarə
    Aprel 29, 2024 - 17:58

    Mən bu saytı heç tanımıram pul da götürməmişəm ama mənə zəng gəlir ki borcunuz var.Bunu necə öyrənə bilərəm,nə etməliyəm? Xahiş bilən varsa istiqamət versin

    • İradə
      İyul 6, 2024 - 12:08

      Mənim də nə xəbərim var nə də götümədim pulu. Heç mən də telefon yoxdj. Adi knopkalı telefon . Ayda 2 dəfə zəng edirlər ki borcum var. Nehniyim ?

  • Saddam
    May 27, 2024 - 18:15

    Çox şərəfsiz faiz və cərimələri var

  • Elnur
    İyul 22, 2024 - 02:13

    Salam, mən kontaktlarda kim varsa silsəm əyər onlara zəng gəlməyəcəyki?
    Birdəki uçuş rejiminə telefonu qoysam?

    • Rəhman
      Avqust 28, 2024 - 00:59

      Boş şeydi qaqa kef ele praqrami sil telefondan təmiz mən ele etmişəm. Zəng gəlməyəcək.

  • Mirəste
    Sentyabr 19, 2024 - 21:16

    Mənim adıma 81 manat borc gəlib pul mənə gelmeyib bele şey olar Allah buların bəlasini versin

  • Həlimə
    Sentyabr 27, 2024 - 15:16

    Salam. Mənim valdeyinim əməliyat oldu təcili pul lazm oldu 590azn pul çəkdm düzdü dar momentdə adamın əlindən tutur amma ödüyə bilmədim üzərinə faiz gəldi obşi borcum indi 1070 azndı. mümkündürmü faizi dondursunlar yalız götürdüyüm pulu ödəyim. xaiş kömək edin

  • Rəhman
    Oktyabr 22, 2024 - 21:57

    390 manat pul götürdüm günə faiz 4 manat 20 qəpik gəlir ödemeyecem bele şərəfsizlik olmaz axı

  • Əbülfəz
    Noyabr 7, 2024 - 12:24

    Bu nedi 80 manat Pul götürmüşəm gecikməmdə olmyb 180 manat olub Zehmet olmasa Baxin Buna Sikayetlere

  • Mirvari
    Dekabr 4, 2024 - 14:55

    Qeydiyyatdan keçdiyim zaman öz başlarına kartımdan nömrələr götürüblər. İndidə dayanmadan nömrələrə zəng edirlər. Dünən 8dəfə zəng ediblər. Səhər lər budilnik qoşmağa ehtiyac yoxdu artıq

Tural üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*