Azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərləndibackend

Azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərləndi

Cəlilabad rayonunda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib.

KONKRET.az-ın məlumatına görə, hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb.

Belə ki, Bəcrəvan kənd sakini 3 yaşlı G.Abasova qəbul etdiyi dərmandan zəhərlənib.

Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü R.Ağayeva naməlum maddədən zəhərlənib.

Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*