Azyaşlı övladını küçədə yatmağa məcbur etdiyi deyilən ana DANIŞDI – VİDEObackend

Azyaşlı övladını küçədə yatmağa məcbur etdiyi deyilən ana DANIŞDI - VİDEO

Sosial mediada Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırıldığı haqda foto və məlumat paylaşılıb.Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyəti qurumlar qınaq obyektinə çevrilib.

Bəs reallıq necədir?

KONKRET.az xəbər verir ki, Aybəniz Qasımovanın 37 yaşı var. Tovuzda, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Qeyri-rəsmi nikahdan bir övladı var. Sosial şəbəkədə bu ana və övladı haqqında məlumat, foto paylaşılıb ki, anası uşağına qarşı biganədir, onu gecə səhərə qədər küçələrdə yatızdırır.

Qadının əqli problemlərinin olduğu da qeyd edilib. Bina sakinləri isə deyilənləri əsassız sayırlar. Aybəniz Qasımovanın özü ilə də görüşdük. Deyir ki, anası dünyasını dəyişib. İki bacısı, təqaüddə olan atası var. Aybəniz onun ünvanına səsləndirilən ittihamları qəbul etmir. “Facebook”da paylaşılan foto və məlumata Tovuz Rayon Polis Şöbəsi münasibət bildirib. Qeyd edilib ki, ana ilə dəfələrlə profilaktik söhbət aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 7 yaşlı oğlan məktəbə getmir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*