Azyaşlını döyən tərbiyəçi danışdı – “Əsəblərimi cilovlaya bilmədim” – VİDEObackend

Azyaşlını döyən tərbiyəçi danışdı - "Əsəblərimi cilovlaya bilmədim" - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

“Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar”.

Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:

“Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi”.

  • Mais
    İyul 13, 2024 - 08:23

    Bu artığ cinayət əməlidir və mütləq bu işə məhkəmə hökmü olmalıdır ki, başqalarına ibrət olsun.

Mais üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*