Azyaşlının telefonunu talayıb qaçdıbackend

Azyaşlının telefonunu talayıb qaçdı

Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*