DÜŞÜNƏN adamlar üçünbackend

DÜŞÜNƏN adamlar üçün

Babamın CAN DƏFTƏRİ

“Can dəftəri” ifadəsi mənə uşaqlıqdan tanışdır. “Can” sözü dilimizdə müxtəlif formalarda çox zəngin istifadə olunur. “Azərbaycan dilinin izahlı lüğəti”ndə variantları nəzərdən keçirincə canın üzülər. Lakın “can dəftəri”ni orada görməzsən.

Azərbaycan dilini bilməyi ilə qürrələnənlərə “Can dəftəri” nədir?” sualını verdikdə, çaşıb qalırlar. Yəhudi Ginzburq, erməni jurnalist, “Baku” qəzetinin şöbə müdiri Ayrapetyan və bir çox başqaları, o cümlədən azərbaycanlılar ilə məhz belə olub.

Qazax pop “ulduz”u Dimaş Kudaybergenov 2022-ci ildə İrəvandakı konserti ərəfəsində yerli kanala müsahibəsində özünü mədəniyyətlər bilicisi kimi təqdim etmək və, əlbəttə, onlara xoş gəlmək üçün dedi ki, tar, saz, kanon erməni milli musiqi alətləridir. Bu “düşüncəli”, “qanan” oğlan özünün türk mənşəyini tamam unudaraq bəyan etdi: erməni və qazax xalqlarını çox şey, o cümlədən “can” sözü birləşdirir. Əslində, onları Mirzoyan – qazaxların qatili – daha çox birləşdirir: tarixdə qanlı iz qoyub.

Qazaxlar “can” deyil, “jan” deyirlər. Jan Mare, Jan-Jak Russo, yaxud Jan-Klod van Dam ilə səhv salma. Eynilə, erməni sənə nə qədər “can”, “ca-an!”, “cana moya”, “canik moy” desə də, hərif olma, aldanma!

Dimaş Kudaybergenov üçün qəlbimin qapısı həmişəlik bağlanıb! Ümidvaram, bu “nasaz” və “natar” pop balasının qarşısında Azərbaycanın da qapıları əbədi bağlı olacaq! Bu gədə onu da heç qanmır ki, Azərbaycanın adında “can” var.

40 il bundan əvvəl Azərbaycan səyyahı Aydın Sadiq Xəzər dənizinin sahili boyu piyada yürüş keçirmişdi. Yolunda rast gəldiyi maraqlı insanlara o, ayrıca dəftərdə xatirə sözləri yazmağı təklif edirdi. Səncə, həmin dəftəri səyyah necə adlandırır? Bəli, “Can dəftəri”.

“Can” sözünə qatılan çox sayda cismani və ruhi məfhumu kənara qoyub düşünsən anlayarsan – “can” ilk növbədə”əziz” deməkdir. Can ata, can ana, can bala, sevgili canan…

Canımız sağ olsun, azərbayCANlılar!

HİSS və AĞIL

Kəndimizdə hamı düşünürdü ki, yumor hissdir. Məcburən şəhərə köçəndən sonra bildim: yumor bacarıqdır, ağlın qabiliyyəti.

Kənddə yaşayan 22 yaşlı gənc orduda xidmət etmişdi. Milliyyəti absurd idi. Həyətimdə şamboqazan kişiyə kömək edərkən fasilələrdə bütün söhbətləri özünün döyüş xoruzu haqqında olurdu.

Bir gün işə gələndə xoruzunu da gətirdi. Xəbərdarlıq etdi ki, bu “igid” mənim bütün xoruzlarımı bir-birinə qatar, şikəst edər, hətta öldürər. Qan tökülməsin deyə, erkəklərimi hinə saldım, sonra “qladiator”u həyətə buraxdıq.

Yenisi özünü elə hey adaxlı kimi apardı. Toyuqların gah birinə, gah digərinə yaxınlaşdı. Bu zaman hindəki xoruzlar təlatümlü idi, durmadan banlayır, özlərini içəridən qapıya çırpırdılar. Döyüşçü “boy-buxunu” ilə fərqlənirdisə də, toyuqların diqqətinə layiq görülmədi. Nəhayət, xoruz təşəbbüs göstərib, bir cılız toyuğa “yan aldı”. Bu vaxt toyuq qiyyə çəkib elə hücuma keçdi ki, “qladiator” peşman qaldı. Bu hadisədən sonra bildim: nəinki xoruzlarım, toyuqlarım da qeyrətlidir!

Həmin “şambo mütəxəssisi” bir gün buna əsas olmadan söylədi: “Kəndli gənclər şəhərli yaşıdlarından ağıllıdırlar”. Bu, yumor, zarafat deyildi. Ağıldan da uzaq idi.

Eyni “fəlsəfə”ni sonradan həyətdə təmir işləri aparan digər ustanın 20 yaşlı hərbi xidmətdən qayıtmış köməkçisi də dedi. “Düşüncəli” təhsilsiz gənclərin ikisinə də cavabım sual şəklində oldu: “Ona görədirmi universitetlər kəndlərdə deyil, şəhərlərdə yerləşir?”.

BU OLMASIN, O OLSUN

Ermənilərin Azərbaycanla sülh müqaviləsi çoxlarına lazımdır, amma Ermənistana xüsusilə. Zəngəzur dəhlizi Ermənistandan keçirsə, erməni dövlətinin iqtisadi inkişafı, tərəqqisi məhz Azərbaycandan keçir!

Ermənistan konstitusiyası Azərbaycana və Türkiyəyə qarşı qəbuledilməz müddəaları əks etdirir. Bu, həm mətndə birbaşa ərazi iddialarıdır, həm də dövlət gerbində Ağrıdağın təsviridir. İqtidarlı, müxalifətli, avam və ziyalı bütün xalq bunu başa düşərək öz tarixi seçimini etməlidir. Vəziyyətdən çıxmağa avrohəşəratlar mane olur. Çıxış isə var.

Qoy, qocasevər Fransa prezidenti Emma Makron ermənilərin özgə malına həvəsini yatırsın. Ermənistan konstitusiyasında qondarma Arsaxı real Marsax, pardon, Marsel əvəz etsin. Doğrudur, inanmaq çətindir ki, oranın 80 minlik erməni əhalisi Avropa Birliyini tərk etməyə sevinər…

Digər tərəfdən, gerbdə soyuq, statik Ağrıdağın təsvirini Parisdəki Eyfel qülləsinin gecə işıqlandırılmasında sayrışan, bərq vuran şəkli əvəzləsin. Həm vizual effektli olar, həm siyasi.

Bu, mümkündürmü? Əlbəttə! Əgər təlxək Lui de Fünesin siyasətdəki hamamçısı, pardon, davamçısı Emma Makron erməni dilini fransız dilinə qohum sayaraq Beynəlxalq frankofon tədbirlərini İrəvanda keçirmışdisə, bunları da edə bilər. Axı onun nüvə silahı var… Qorxanlar üçün.

NİYƏ HİNDİSTAN?

“26 Bakı komissarı” filmində belə epizod var: əsir komissarlara bir nəfərin məhbəsdən qaçması təklif olunur, amma heç kəs razılaşmır. Hahaha! “Kert”siz Stepan aradan çıxır. Və haraya gedir? Nə Bakıya, nə İrəvana, nə də tulası olduğu Leninin yanına. Gedir əcdadlarının tarixi vətəni Hindistana! Bu faktı hələ sovet dövründə tarixçi alim, akademik Püstə Əzizbəyova deyib. O isə işini bilirdi…

Elə bu da təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyən bir ovuc dövlət arasında Qafqazdan həm coğrafi, həm də etnik cəhətdən uzaq olan hind mulmulkiləri də var idi. Heç kəs öz xələfini darda qoymaz…

AÇARAM SANDIĞI…

Tramp-tararamp məhz belə söylədi: hərgah yenidən ABŞ prezidenti olarsa, prezident Con Kennedinin qətlinin və 2001-ci ilin sentyabr terror aktının, eləcə də Cef Epşteynin işi materiallarından məxfiliyi götürəcək.

Gör ölkə, Amerika demokratiyası nə günə qalıb ki, seçiciləri iqtisadi, sosial, mədəni inkişaf proqramları ilə deyil, intriqa, qeybət vədləri ilə cəlb edirlər.

Görəsən Trampın 180 santimetrlik arvadı, porno aktrisa Melaniya ona ərə gedərkən sevdiyi milyardların sahibinə hansı yekəlikdə sirləri açmışdı, məxfiliyi nəyin üstündən götürmüş, nəyin altından çıxarmışdı… Seçiciləri daha çox bəlkə də məhz bu sirlər maraqlandırır! Evdəki sandığı da aç, Donald!

A.ƏZİZ

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*