Babayan: “Bu, Qarabağ ermənilərinin deportasiyası və soyqırım proqramının elanıdır”backend

Babayan: "Bu, Qarabağ ermənilərinin deportasiyası və soyqırım proqramının elanıdır"

“Bu, Qarabağ ermənilərinin deportasiyası və soyqırımı proqramını elan edib”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ erməniləri barədə son açıqlamalarını şərh edib.

“Azərbaycan Qarabağ ermənilərinin deportasiyası və soyqırımı proqramını elan edib.

Sual məqsədin nə olmasıdır. Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Qarabağda yaşamaq istəməyənlər gedə bilər. Bilirik ki, onların “güllələmək” niyyətində olduqları bir neçə min adamın siyahısı var, bunu dəqiq bilirik. Təbii ki, əhalinin böyük əksəriyyəti, 99,9%-i Qarabağı tərk edəcək. Burada heç kim qalmayacaq. Yəni Əliyev ermənilərin “deportasiyası və soyqırımı” proqramını açıqlayıb. Düşünürəm ki, Qarabağdan çətin ki, kimsə onunla Qarabağ “dövlətçiliyinin” dağıdılmasından danışsın. Biz özümüzə və dünyaya qarşı son dərəcə dürüst olmalıyıq. Bizi nə gözləyir. Biz çox təəssüf edirik ki, dünya ictimaiyyəti Əliyevin bu bəyanatlarına səssiz qalıb”, – deyə Babayan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*