Bacısının boğazını kəsərək öldürmək istəyən şəxsə AĞIR CƏZAbackend

Bacısının boğazını kəsərək öldürmək istəyən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Samir Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 31 may 2025-ci il tarixdə saat 06 radələrində Goranboy rayonunun Nizami kəndində qeydə alınıb.

Belə ki, Samir Nəcəfov qısqanclıq zəminində aralarında baş verən mübahisə zamanı Gülnarə Nəcəfovanın boğaz nahiyəsindən bıçaq xəsarətləri yetirib. Yaralı qadın Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Qeyd: Boğazından bıçaq xəsarətləri alan Gülnarə Nəcəfova bir övlad anasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*