“Backstreet Boys” qrupunun üzvü zorlamada İTTİHAM OLUNURbackend

Backstreet Boys” qrupunun üzvü zorlamada İTTİHAM OLUNUR

Autizm və serebral iflic olan Şennon Rut “Backstreet Boys” qrupunun üzvü Nik Karteri azyaşlı olanda onu zorlamaqda ittiham edərək məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, o, 30 milyon dollar təzminat tələb edir.

İddiaya görə, qrupun 2001-ci ildə verdiyi konsertdən sonra Karter avtoqraf üçün növbə gözləyən 17 yaşlı Rutu öz tur avtobusuna dəvət edib. Müğənni ona içki verib və təcavüz edib.

Bundan əlavə, Rutun vəkilləri bu hadisə nəticəsində onun virusa yoluxduğunu iddia edib.

“TMZ” portalı xəbər verir ki, musiqiçinin vəkili Maykl Holts ittihamları təkzib edib.

“20 il əvvəl baş verdiyi iddia edilən hadisənin hüquqi əsası yoxdur və həqiqətə uyğun deyil”, – vəkil deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*