Bağça müəllimləri də işə imtahanla qəbul ediləcək – RƏSMİbackend

Bağça müəllimləri də işə imtahanla qəbul ediləcək - RƏSMİ

Bağça müəllimlərinin işə qəbulu imtahanla keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.

O bildirib ki, bunun üçün mexanizm hazırlanır:

“Bağça müəllimlərinin işə qəbulunun həyata keçirilməsi üçün mexanizmlər hazırlanır. Yeni qaydalar haqqında ictimaiyyətə məlumat veriləcək. Yeni mexanizmə uyğun bunu obyektiv və ədalətli formada həyata keçirmək nəzərdə tutulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*