Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət aldıbackend

Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət aldı

İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.

Bu barədə KONKRET.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.

Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*