Rusiya xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri səlahiyyətlərini icra edən Əli Bagiri Kani arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər əsasən Yaxın Şərqdəki mövcud situasiyaya diqqət çəkiblər.
Nazirlər Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranmış gərginliyin təhlükəli dərəcədə artması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Lavrov iranlı həmkarına bu gün baş tutan prezident seçkilərinin uğurlu keçməsini arzulayıb.