Bakı bulvarında qadın azyaşlı uşaqla özünü dənizə atdı – VİDEO / YENİLƏNİBbackend

Bakı bulvarında qadın azyaşlı uşaqla özünü dənizə atdı – VİDEO / YENİLƏNİB

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

***

Bakı bulvarında qadın azyaşlı uşaqla birlikdə özünü dənizə atıb.

KONKRET.az xəbər verir ki, uşaq ətrafdakıların köməkliyi ilə xilas edilib.

Məlumata görə, qadını isə FHN əməkdaşları sudan çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*