Bakı buna görə Qərb ölkələrinə inamını itirib – Kornelbackend

Bakı buna görə Qərb ölkələrinə inamını itirib - Kornel

Azərbaycan Qərb ölkələri tərəfindən nümayiş olunan ikili standartlara görə onlara inamını itirib.

KONKRET.az xəbər verir ki, bu sözləri İsveç Beynəlxalq Münasibətlər İnstitutunun və Stokholm Şərqi Avropa Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi” adlı tədbirdə isveçli professor Svante Kornel deyib.

O, Avropa İttifaqının münaqişə vəziyyətində olan bəzi ölkələrin ərazi bütövlüyünü tanıdığı və qorumağa çalışdığı halda Azərbaycana münasibətdə eyni mövqeni nümayiş etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, professor Svante Kornell Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru və həmtəsisçisi, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının tədqiqat direktorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*