Bakıda həbsxanada qadın məhkum ölüb.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan Namazova Sahibə Lətif qızı vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Sahibə Namazova 2009-cu ildən İnterpol xətti ilə axtarışdadır. O, 2016-cı ildə tutularaq Azərbaycana gətirilib və mühakimə olunub.