Moskva Bakı ilə yaxşı münasibətlərin inkişafında maraqlıdır.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
TASS-ın Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılmasına Azərbaycanın reaksiyası ilə bağlı sualını cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, həmin hadisələr hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və demarşlar üçün səbəb olmamalıdır.
“Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”, – Peskov bildirib.