Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alındıbackend

Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Azad oğlu Məmmədova tanışı Bakı şəhər sakini Tamara Abbasəli qızı İsmayılova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı konfetin içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,922 qram narkotik maddə – heroin aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*