Bakı Livan ermənisinin əvəzinə Qarabağ ermənisini İrəvana verdibackend

Bakı Livan ermənisinin əvəzinə Qarabağ ermənisini İrəvana verdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosei həyata keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanda saxlanılan 32 erməni hərbçi Ermənistana təhvil verilib.

Ermənistan tərəfi isə 2 azərbaycanlı əsgəri – Aqşin Bəbirov və Hüseyn Axundovu qaytarıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində Azərbaycan tərəfinin təhvil verdiyi 32 hərbçinin siyahısını açıqlayıb.

KONKRET.az saytı “Hraparaka”a istinadən xəbər verir ki, Paşinyanın açıqladığı siyahıda Livan ermənisi Vigen Euljekyanın adının olmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Çünki hələ dekabrın 7-də açıqlanan qeyri-rəsmi siyahıda Vigen Euljekjianın adı qeyd olunmuşdu.

Əvəzində ilkin siyahıda adı olmayan Xankəndi doğumlu İsanyan Aren Araeviç azad olunub.

Ermənistanın bəzi KİV-ləri qaytarılan şəxslərin tərkibində dəyişiklik edilib-edilmədiyi barədə Baş nazir Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan şərh almağa çalışıb.

“Ermənistan ilk dəfə rəsmi olaraq adları dərc edir”, – Nazel Baqdasaryan cavabında deyib və əlavə edib: “Başqa siyahı haqqında şərh verə bilməz”.


Qeyd edək ki, Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılmışdı.

Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.

Saxlanıldan sonra Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*