Bakı metrosunda problem YARANDI – RƏSMİ AÇIQLAMAbackend

Bakı metrosunda problem YARANDI - RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarında metroda “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun KONKRET.az-a verdiyi məlumata görə, nasazlıq ehtimalı ilə qatar “Ulduz” stansiyasında olarkən, sərnişinlər təlimat tələbinə uyğun olaraq, düşürüldü:

“Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub”.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda interval bərpa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*