Bakı metrosundan ödənişsiz istifadə edən sərnişinlərin sayı açıqlandıbackend

Bakı metrosundan ödənişsiz istifadə edən sərnişinlərin sayı açıqlandı

2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 455.

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.

 

  • Şahram
    Fevral 10, 2024 - 02:02

    Metroda qatarlariniz Azsayda vaxt intervali da gec gec gekir axsam ve gunorta saatlarinda bu problemi aradan galdirin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*