Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirildibackend

Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirildi

“Bakı Metropoliteni” QSC-nin 26 stansiyasının rəisi vəzifəsindən azad edilib, onlardan 24-ü rotasiya qaydasında digər stansiyalara rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, yalnız “Nəriman Nərimanov” stansiyasının rəisi Arif Həsənli öz vəzifəsində qalıb.

Səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun əmri ilə vəzifəsindən azad edilmiş “Bakmil” stansiyasının rəisi Dəyanət Dadaşov və “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyev qurumda başqa vəzifələrə təyin ediliblər. Onların yerinə hər iki yerüstü stansiyaya təyinat olmayıb.

Xatırladaq ki, “Bakı Metropoliteni”nun uzunluğu 40 km-ə çatan 27 stansiyası var.

Stansiya rəisinin adı Hazırda rəhbərlik

etdiyi stansiya

Əvvəl rəhbərlik

etdiyi stansiya

1 Müstəcəb Qurbanov Avtovağzal 28 May
2 Elçin Süleymanov Memar Əcəmi (Bənövşəyi) 20 Yanvar
3 Elxan Zeynalov Şah İsmayıl Xətai Ulduz
4 Niyaz Alıyev Cəfər Cabbarlı Memar Əcəmi (Bənövşəyi)
5 Ramin Əliyev Nizami Nəsimi
6 Faiq Həsənov Elmlər Akademiyası Dərnəgül
7 Əlişan Ağayev İnşaatçılar Avtovağzal
8 Akif Məmmədov 20 Yanvar Şah İsmayıl Xətai
9 Sərdar Babayev Memar Əcəmi İnşaatçılar
10 Nurlan Nəbiyev Nəsimi Sahil
11 Şahvələd Hüseynov Azadlıq prospekti Memar Əcəmi
12 Kamal Talıbzadə Dərnəgül Xalqlar dostluğu
13 Xalid Məmmədov İçərişəhər Azadlıq prospekti
14 Əli Mayılov Sahil Gənclik
15 Yusif Şabanov 28 May 8 Noyabr
16 Şaiq Heydərov Gənclik Elmlər Akademiyası
17 Arif Həsənli Nəriman Nərimanov Xalqlar dostluğu
18 Bakmil Şah İsmayıl Xətai
19 İlqar Rüstəmov Ulduz Qara Qarayev
20 Cəmşid Cəfərov Koroğlu Əhmədli
21 Mehman İbrahimov Qara Qarayev Neftçilər
22 Nəsiman Səttarov Neftçilər Cəfər Cabbarlı
23 Vidadi İbrahimov Xalqlar dostluğu Həzi Aslanov
24 Vadim Məmmədov Əhmədli Koroğlu
25 Cümşüd Cəfərov Həzi Aslanov İçərişəhər
26 Vüsal Zeynalov 8 Noyabr Nizami
27 Xocasən Nəriman Nərimanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*