Bakı niyə paytaxt kimi əlverişli deyil – hansı şəhər daha uyğundur?backend

Bakı niyə paytaxt kimi əlverişli deyil - hansı şəhər daha uyğundur?

“Coğrafi yerləşməsi, infrastrukturu, əhali sıxlığı, nəqliyyat strukturu Bakının yaşanılacaq şəhərlər sırasından çıxmasına səbəb olub”.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Əziz Əlibəyli deyib.

Bəs, paytaxt hansı şəhər olmalıdır?

O bildirib ki, ilk baxışdan və bir sıra milli təhlükəsizlik aspektlərinə görə Gəncə bu baxımdan ilk sırada dayanır:

“Daha sonra müəyyən səbəblərdən Şəki, Abşeron yarımadasından baxdıqda isə qismən Sumqayıt uyğun görünür. Lakin alternativ olaraq Kürdəmir, Yevlax, Ağdam da cəlbedici görünür”.

Bəs, hansı ölkələr paytaxtlarını dəyişib və bu həmin ölkələrin gücünə necə təsir edib?

Əziz Əlibəyli qeyd edib ki, Braziliya, Qazaxıstan, Nigeriya çox uğurlu yanaşmalar ortaya qoyublar:

“Hazırda İran paytaxt dəyişikliyi ilə bağlı müzakirələr aparır, Misir Qahirəni tərk etməyə hazırlaşır, bundan başqa Sankt – Peterburq, İstanbul kimi tarixi və uğurlu təcrübələr də var. Ən əsası, Bakı artıq heç nəyinə görə cazibədar deyil, ölkəmizin gözəl şəhərləri, torpaqları və orada yaşamağa layiq insanları var. Bütün iri aqlomerasiyaların olduğu kimi Bakı sakinləri də müxtəlif xəsətliklərərə meyillidir. Son statistikalara nəzər salsaq nəfəs yolları, ürək-damar,  psixoloji gərginlik, allergik təzahürlər sürətlə artmaqdadır”.

Aygün Mirakif,

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*