Bakı polisi maska ilə bağlı reydlər keçirir – FOTOLARbackend

Bakı polisi maska ilə bağlı reydlər keçirir - FOTOLAR

Paytaxtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət gücləndirilib.

Polis əməkdaşları tərəfindən müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi diqqətdə saxlanılır.

Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür. Tədbirlər çərçivəsində paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*