backend

Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət aldı

Bakı-Quba yolunda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.

KONKRET.AZ bildirir ki, magistral yolda iki avtomobilin toqquşması zamanı Quba rayon sakinləri – 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*