Bakı-Quba yolunda hərəkət dayandı: Sürücülər 4 saatdır tıxacda qalıb – FOTOLARbackend

Bakı-Quba yolunda hərəkət dayandı: Sürücülər 4 saatdır tıxacda qalıb - FOTOLAR

Bakı-Quba yolunda saatlardır davam edən tıxac sürücülərin əsəbini tarıma çəkib.

KONKRET.az-ın redaksiyasına müraciət edən sürücülərdən bəziləri Bakı-Quba-Rostov avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev-Giləzi ərazisindən keçən hissəsində 4 saatdan çoxdur ki, hərəkətin dayandığını bildiriblər.

Sürücülərin sözlərinə görə, mövcud vəziyyətlə bağlı onlara öncədən heç bir məlumat verilməyib. Sözügedən yolda hərəkətin hansı səbəbdən iflic olduğu haqda isə məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlamaq istəsək də, telefonu sönülü oldu.

Problemin ciddiliyini nəzərə alaraq AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədova zəng vursaq da, sədrin bizdə olan nömrələrinə zəng çatmadı.

Ümid edirik ki, aidiyyatı qurum şaxtalı havada sürücülərin bu qədər uzun müddət tıxacda qalmasına səbəb olan problemi aradan qaldıracaq və məsələ ilə bağlı açıqlama verəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*