KamAZ TIR-la toqquşdu – İki nəfər öldü / YENİLƏNİB / FOTObackend

KamAZ TIR-la toqquşdu - İki nəfər öldü / YENİLƏNİB / FOTO

Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

KONKRET.az xəbər verir ki, qəza rayonun Ağalıq kəndi ərazisində baş verib.

“KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub. İlkin məlumata görə, hər iki avtomobilin sürücüsü ölüb. “KamAZ”da olan sərnişin xəsarət alıb.

20:23

Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən KONKRET.az-a bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.

19:36

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, iki yük avtomobili toqquşub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*