Bakı-Quba yolunda kamaz aşdı – Sürücü öldübackend

Bakı-Quba yolunda kamaz aşdı - Sürücü öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*