Bakı-Quba yolundakı qəzada xəsarət alanın kimliyi MƏLUM OLDUbackend

Bakı-Quba yolundakı qəzada xəsarət alanın kimliyi MƏLUM OLDU

Bakı-Quba yolunda mikroavtobusla “TIR”ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan “TIR”ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*