Bakı sakini “KaMAZ” markalı yük avtomobilinin təkərləri altında qalaraq ölüb – FOTO – VİDEObackend

Bakı sakini “KaMAZ” markalı yük avtomobilinin təkərləri altında qalaraq ölüb - FOTO - VİDEO

Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.

KONKRET.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Avtotexniki ekspertiza təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*