Təl-Əviv əməliyyatı yaxın vaxtlarda dayandırmaq istəyir – ABŞ-a məlumat verildibackend

Təl-Əviv əməliyyatı yaxın vaxtlarda dayandırmaq istəyir – ABŞ-a məlumat verildi

İsrail rəsmiləri İranla bağlı hərbi əməliyyatları yaxın günlərdə yekunlaşdırmaq niyyətində olduqlarını bildiriblər. Bu barədə Reuters agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

KONKRET.az xəbər verir ki, mənbələrin sözlərinə görə, İsrail müharibəni cavab zərbələrindən yayınaraq bitirmək üçün optimal strategiya axtarır. İddia edilir ki, İsrail Müdafiə Ordusu (TsAXAL) əldə olunan nəticələrin planlaşdırılan hədəflərə yaxın olduğunu hesab edir.

Lakin eyni zamanda ekspertlər xəbərdarlıq edirlər ki, İsrail hücumu gözlənilmədən başlatsa da, onun nə vaxt və necə bitəcəyinə nəzarət edə bilmir. Əgər Tehran raket hücumlarını davam etdirmək qərarı versə, bu, Təl-Əvivi tükəndirmə müharibəsinə sürükləyə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*