Bakı sakinlərinə müraciət: bu tarixədək…backend

Bakı sakinlərinə müraciət: bu tarixədək...

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

KONKRET.az xəbər verir ki, bu barədə BŞH-dən məlumat verilib.

Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün 9 iyun saat 23:00-dan 10 iyun saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

Sürücülərdən sözügedən saatlarda alternativ yollardan istifadə etmələri və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaları xahiş edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*