Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirildibackend

Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi

Bakı şəhər Prokurorluğu orqanları ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirib.

Bu barədə KONKRET.az-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov 2021-ci ildə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələri və sosial yönümlü proqramların uğurla həyata keçirilməsini, ölkəmizin iqtisadi və siyasi qüdrətinin daha da möhkəmləndirilməsini, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasətinin öz müsbət nəticələrini verməsini, əldə olunan nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici siyasətin təşkil etməsini diqqətə çatdırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*