Bakı səmasında uçan qırıcı haqda ilginc məlumatlar – Ağır döyüşdən uğurla çıxıb…backend

Bakı səmasında uçan qırıcı haqda ilginc məlumatlar – Ağır döyüşdən uğurla çıxıb…

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportda Prezident İlham Əliyevə JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu texnikalar Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli təyyarələrdir.

KONKRET.az xəbər verir ki, mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib ki, Azərbaycan hərbi hava qüvvələri “JF-17 Thunder” təyyarələrini nəzərə almasaq belə yenə də potenasialına görə Cənubi Qafqazın ən üstün döyüş imkanlarına malik hava qüvvələri idi:

“Təyyarələrin alınması çoxdan müzakirə olunurdu. Azərbaycan Vətən müharibəsindən sonrakı dövrdə hava qüvvələrinin pilotlu aviasiya parkını yeniləməkdə qərarlı idi. Bu ilin əvvəlində həmin təyyarələrin alınması barədə mətbuatda təsdiqlənməyən məlumatlar mövcud idi. Artıq bu təyyarənin Bakı səmasında uçuşlar keçirməsi, ADEX sərgisi çərçivəsində Prezident İlham Əliyevə təqdim olunması bu təyyarələrin Azərbaycan tərəfindən alınmasından xəbər verir. Bu təyyarələr 3 versiyada istehsal olunur. Azərbaycan onun ən modern, son versiyası olan Block-III qırıcılarını əldə edir. Bu təyyarələr JF-Thunder təyyarələrinin ən son nümunəsidir. Kifayət qədər üstün imkanlara malikdir. Uzaq mənzilli hava raketlərinin hədəfə dəqiq zərbə endirmək imkanı ilə bərabər bu qırıcılar AFAR tipli radar stansiyası vasitəsilə müasir bort radioelektron avadanlıqlarla təchiz olunub. Pakistan bu təyyarələrin əvvəlki versiyalarını Hindistanla sərhəddə baş verən toqquşmalarda uğurla istifadə edib. Onlar Hindistanın MİQ təyyarəsini məhv edə bilib. Dördüncü nəslin ən son modifikasiyalarına daxildir. Coğrafi ərazi baxımından Azərbaycan üçün ən uyğun qırıcılardan biridir”.

Hərbi ekspertin sözlərinə görə, bu amil Azərbaycanın pilotlu aviasiya potensialını daha üstün səviyyəyə çıxardacaq:

“Həmin təyyarələrin uzaqmənzilli, idarə oluna bilən raketlərdən istifadə etməsi, müasir bort radio elektron avadanlıqları ilə təchiz olunması onu döyüş şəraitində analoqları üzərində ciddi üstünlüklər əldə etməsinə imkan verir. Pilotların hazırlanması da çox uzun çəkməyəcək. Daha əvvəl də Pakistandan “Super Muşşak” təyyarələri əldə etmişdik. Onlar və digər texnikalarla pilotlarımızın tanışlığı olub. Türkiyə ilə keçirilən təlimlər çərçivəsində digər ölkələrin istehsalı olan texnikalarla tanış olmuşuq”./Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*