Bakı “Sputnik Azərbaycan” və BBC ilə bağlı qərar verdibackend

Bakı “Sputnik Azərbaycan” və BBC ilə bağlı qərar verdi

Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kaliber.az”mənbəyə istinadən məlumat yayıb.

Bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Russiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək.

Hazırda söhbət bir tam ştat vəzifədən gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*