Bu gün saat 17:50-də Bakıdan Sumqayıta yola düşən sürət qatarı Sabunçu stansiyasında 15 dəqiqə ləngiməli olub.
KONKRET.az xəbər verir ki, ləngiməyə səbəb qatarın ikinci vaqonunda qapıların bağlanmaması olub.
Qatar heyəti nə qədər cəhd etsə də, vaqonun qapısını işlək vəziyyətə gətirə bilməyib. Nəticədə Sabunçu dayanacağından Sumqayıta qədər qatar ikinci vaqonunun qapısı açıq şəkildə hərəkət edib.
Vaqonun açıq qapısının qarşısı qatardakı polislər tərəfindən mühafizə edilib. Nəticədə Sumqayıt-Pirşağı-Bakı qatarının hərəkət cədvəlində də ləngimə olub.