Bakı-Sumqayıt qatarlarındakı problem həll ediləcəkmi? – VİDEObackend

Bakı-Sumqayıt qatarlarındakı problem həll ediləcəkmi? - VİDEO

Bakı-Sumqayıt elektrik qatarlarında sıxlıq davam edir. Qatarlarda sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir.

KONKRET.az xəbər verir ki, yaşanan sıxlığı azaltmaq üçün “Azərbaycan Dəmir Yolları” Sumqayıt- Xırdalan- Baki istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik edib.

“Azərbaycan Dəmir Yolları”  QSC- nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, yeni dərs ilinin başlanmasından bu günədək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb.

Bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

QSC-dən o da bildirilib ki, sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*