Bakı-Sumqayıt şosesində avtomobil aşdı, xəsarət alan varbackend

Bakı-Sumqayıt şosesində avtomobil aşdı, xəsarət alan var

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil şosedən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Aşan avtomobilin salonuna baxış keçirilib. Məlum olub ki, ağır xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə salondan çıxarılaraq xəstəxanaya aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*