Bakı-Sumqayıt yolunda qəza törədib qaçan sürücü saxlanıldıbackend

Bakı-Sumqayıt yolunda qəza törədib qaçan sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda “Opel” markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bu barədə KONKRET.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədənin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilib.

R.Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*