Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlandıbackend

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlandı

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*