Bakıda 22 yaşlı gənc bıçaqlandıbackend

Bakıda 22 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Bayraq parkında (keçmiş Musabəyov parkı) 1999-cu il təvəllüdlü Qədimzadə Məhəmməd Yusif oğlu ilə tanımadığı şəxs arasında mübahisə baş verib.

Mübahisə zamanı naməlum şəxs M.Qədimzadəyə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası və sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*