Noyabrın 27-də yaşadığı evdən çıxan Sərvan Kərimovun itkin düşdüyü bildirilir.
KONKRET.az-a bu barədə onun ailəsi məlumat verib. 32 yaşlı gəncin NZS qəsəbəsindən “Xalqlar Dostluğu” metrostansiyası istiqamətinə gedən 30 saylı avtobusa mindiyi deyilir.
Valideynlərinin sözlərinə görə, S.Kərimov əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində boz köynək və əlində oyuncaq olub.
S.Kərimovla bağlı hər hansı məlumatı olan şəxslərdən 0553391169 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

