Bakıda 40 marşrut avtobusu gecikir – Bu istiqamətlərdə…backend

Bakıda 40 marşrut avtobusu gecikir - Bu istiqamətlərdə...

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) KONKRET.az-a bildirilib ki, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.

Məlumata görə, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.

O cümlədən, Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*