Bakıda 41 yaşlı kişi qətlə yetirildibackend

Bakıda 41 yaşlı kişi qətlə yetirildi

Aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*