Bakıda 45 yaşlı qadın bıçaqlandı: Keçmiş əri saxlanıldıbackend

Bakıda 45 yaşlı qadın bıçaqlandı: Keçmiş əri saxlanıldı

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*