Bakıda 5 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdırbackend

Bakıda 5 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində yolu keçən 2016-cı il təvəllüdlü Kərimov Saleh Ramal oğlu yolu keçərkən avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

S.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*