Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayevin Səbail Rayon Polis İdarəsinin (PPXB) keçmiş əməkdaşı olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.